Dilqəmlə Şahbaz haqda film çəkildi

2014-cü ilin iyul ayında Kəlbəcərə gedərək ata-baba yurdlarını ziyarət edərkən saxlanılan və qanunsuz məhkəmə ilə ömürlük azadlıqdan məhrum edilən Dilqəm Əsgərov və 22 il müddətinə azadlıqdan məhrum edilən Şahbaz Quliyevlə bağlı film çəkilib
PİA.AZ xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin əməkdaşı Nadir Əzməmmədov qafqazinfo-ya müsahibəsində məlumat veribN.Əzməmmədov bildirib ki, film dövlətin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyası tərəfindən ərsəyə gətirilib. İranlı rejissorun çəkdiyi filmdə N.Əzmməmmədov Kəlbəcər Rayon İcra Hakimiyyətinin əməkdaşı rolunda çıxış edir.Filmin çəkilişləri başa çatıb, yaxın vaxtlarda efirə veriləcək.pia.az