“Çatanda içəri girmək mümkün olmadı“ – Gəncədə yanğın

Gəncədə yaşayış evində yanğın baş verib
Məhsəti qəsəbəsində yerləşən, 76 yaşlı Ağaməmməd Mehdiyevə məxsus, ümumi sahəsi 105 kv metr olan 1 mərtəbəli, 3 otaqlı tikilidə baş verən yanğının söndürülməsi üçün əraziyə Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Otaqlardan biri əşyalarla birgə 50 kv metr sahədə yararsız hala düşüb. Evin digər hissəsi alovdan mühafizə olunub.Kamal Məmmədov (qonşu): "Biz çıxan vaxtı Zərəngiz xala kürəkənigildəydi. Biz də çatanda içəri girmək mümkün olmadı".Fakt araşdırılır. (ARB TV)pia.az