Azərbaycanla İran arasında yeni aviareys açılacaq

Azərbaycan və İran turizm sahəsində mövcud əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətindədir
Belə ki, bu məqsədlə Urmiya-Qəbələ marşrutu ilə yeni aviareysin açılması nəzərdə tutulub.Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.Onun sözlərinə görə, bu marşrut üzrə uçuşlara tezliklə başlanılması planlaşdırılır.Qeyd edək ki, hazırda İranla Azərbaycan araslnda Bakı-Tehran- Bakı və Bakı-Təbriz-Bakı istiqamətində aviareyslər yerinə yetirilir.pia.az