Neft ucuzlaşıb

Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb
Bu barədə Oxu.Az Bloomberg-ə istinadən xəbər verir. ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,04% azalaraq 55,99 dollar olub.Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,84% ucuzlaşaraq 53,99 dollar təşkil edib.Qeyd edək ki, dünən səhər saatlarında Brent və WTI markalı neftin qiymətləri müvafiq olaraq 56,65 və 54,48 dollara satılıb.pia.az