SSRİ-nin gimnastika əfsanəsi Olimpiya medallarını satır

Əfsanəvi sovet gimnastı Olqa Korbut 1972 və 1976-cı illərdə Olimpiya Oyunlarında qazandığı medalları satışa çıxarıb
Virtualaz.org “Belarus bu gün” nəşrinə istinadən xəbər verir ki, dördqat olimpiya çempionu, idman gimnastikasının ən çətin elementlərindən birinə adı verilmiş Korbut eyni zamanda 1973-cü ildə Londonda geydiyi çimərlik paltarını və “SSRİ idman ustası” nişanını hərraca çıxarıb.Hərracın bu günlərdə ABŞ-da keçiriləcəyi bildirilir.pia.az