Türkiyə və Ukrayna viza rejimini sadələşdirirlər

Türkiyə ilə Ukrayna arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanacaq. Bu barədə Antalya şəhərinin meri Menderes Türellə görüşü zamanı Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu deyib
Virtualaz.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Çavuşoğlu bununla əlaqədar bildirib: “Ukrayna əhalisinin cəmi 30%-nin xarici pasportunun olmasını nəzərə alsaq, bu çox vacib sənəddir. Yeni saziş imkan verəcək ki, Ukraynanın ən müxtəlif regionlarından daha çox turist Türkiyənin kurortlarına gələ bilsin”.Diplomatın sözlərinə görə, saziş imzalandıqdan sonra ukraynalılar Türkiyəyə daxili pasportları (şəxsiyyət vəsiqələri – virtualaz.org) ilə gələ biləcəklər. Sazişin Ukraynanın baş naziri Vladimir Qroysmanın Ankaraya səfəri çərçivəsində imzalanacağı gözlənilir.pia.az