“Birdəfəlik müharibə edək, ya ölək, ya qalaq”

Zeynəb Xanlarovadan sərt çıxış
"Biz bu qədər çıxışlar edirik, onlar hara gedir?! Özümüz deyib özümüz eşidirik. Ona görə birdəfəlik müharibə etməliyik”. Bunu Milli Məclisin deputatı Zeynəb Xanlarova Milli məclisdə Xocalı ilə bağlı müzakirələrdə deyib. Millət vəkili daha sonra əlavə edib: "Bu danışıqlar kimə çatır?! Onsuz da qulaq asan yoxdur. Elə müharibə edək, torpaqları alaq. Öz torpağımızı alırıq, başqasının torpağını yox. 25 ildə nə qədər cavanlarımız şəhid olub, nə qədər şəhid vermişik. Birdəfəlik ya ölüm olsun, ya qalım. Mən ömrü böyü sülh tərəfdarı olmuşam, amma dəyirman öz işidədir. Birdəfəlik dəyirmanı vuraq onların başına. Hər gün ölməkdənsə birdəfəlik ölmək lazımdır. Nə qədər balalar qırılar, nə qədər ana gözyaşları axıdar? Nə vaxta qədər dözməliyik? Kimi gözləyirik? Bir dəfəlik müharibə edək”.(Bakı post)pia.az