Rusiya Donetsk və Luqansk “xalq respublikaları”na daş kömür ixracına başladı

Tanınmamış “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın metallurgiya müəssisələrini xammalla təchiz etmək məqsədilə Rusiya Ukraynanın bu ərazisinə birbaşa daş kömür ixracına başlayıb
Virtualaz.org “Vzqlyad” portalına istinadən xəbər verir ki, ixracatın təşkil edilməsində məqsəd Kiyevin bu regionlara tətbiq etdiyi blokada rejimini aradan qaldırmaq və sözügedən müəssisələri işlə təmin etməkdir.pia.az