Zabratdakı partlayışla bağlı rəsmi açıqlama

FHN Zabratdakı partlayışla bağlı məlumat yayıb
 Məlumatda bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m² olan tikilidə məişət qaz balonundan qaz sızması nəticəsində partlayışla nəticələnən yanğın hadisəsi baş verib. Hadisə zamanı 15 m² olan mətbəx və hamam otağının yanar konstruksiyaları yanıb.Partlayış nəticəsində 5 nəfər xəsarət alan Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimləri tərəfindən xəstəxanaya aparılıblar. (qafqazinfo.az)pia.az