Müdafiə Nazirliyində konfrans keçirilib

Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılmasının 18-ci ildönümünə həsr edilmiş “Müasir təhlükəsizlik sistemində kibertəhlükəsizlik məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilib
Nazirlikdən verilən məlumata görə, tədbirdə çıxış edən akademiyanın rəisi general-leytenant Heydər Piriyev hərbi təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, eləcə də Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərb sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb.Digər çıxış edənlər isə kibertəhlükəsizlik məsələlərinin müasir təhlükəsizlik sistemində mühüm yer tutduğunu və bu məqsədlə bu cür vacib tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu bildiriblər.pia.az