Azərbaycan nümayəndə heyəti “IDEX-2017” Beynəlxalq Müdafiə Sərgisində

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə sayca 13-cü olan "IDEX 2017" Beynəlxalq Müdafiə Sərgisi öz işinə başlayıb
“Report” xəbər verir ki, sərgiyə 45-dən çox ölkədən 1235 şirkət qatılıb.Sərgidə Oman prezidenti Ömər əl-Bəşir daxil olmaqla, bir sıra ölkələrin dövlət və hökumət başçıları, müdafiə nazirləri və digər müvafiq idarə rəhbərləri iştirak edirlər.Azərbaycan bu dəfə sərgidə ayrıca stendlə iştirak etmir. Azərbaycandan Əbu-Dabiyə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev, müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov yollanıblar.A.Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan artıq 5-ci dəfədir ki, ildən-ilə öz iştirakçı sayını artıran sərgidə iştirak edir. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti əvvəlcə şirkətlərin yenilikləri ilə tanış olacaq, ardınca müəyyən danışıqlar aparılacaq.Qeyd edək ki, Yaxın Şərqin ən böyük müdafiə sərgisi iki ildən bir BƏƏ prezidenti, Əbu-Dabi əmiri şeyx Xəlifə ibn Zayed əl-Nəhyanın hamiliyi ilə keçirilir.pia.az