Azərbaycanda mobil operatorların yanvar ayı üçün gəlirləri açıqlandı

Cari ilin yanvar ayı ərzində informasiya və rabitə müəssisələri 127,8 milyon manatlıq xidmət göstərib ki, onun da 71,3%-i əhali tərəfindən istehlak olunub
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 2,3% azalıb, bu sahədə əldə edilmiş gəlirin 79,8%-i qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 50,0%-i və ya 63,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.pia.az