“Hava şəraitinə görə ciddi çətinliklərlə qarşılaşırıq“

"İçerde" serialının baş rol ifaçısı Çağatay Ulusoy dünən İstanbulun ticarət mərkəzlərindən birində olub
PİA.AZ axşam.az-a istinadən bildirir ki, aktyor boş vaxtlarını özünə və dostlarına ayırdığını söyləyib.10 illik bərbəri Şükrü Dudunun məkanından çıxarkən görüntülənən aktyor "İçerde" ilə bağlı açıqlama verib:"Komanda olaraq uğurlu bir işə imza atdığımız üçün çox xoşbəxtik. Çəkilişlər zamanı çox yoruluruq, çöl çəkilişlərində xüsusilə hava şəraitinə görə ciddi çətinliklərlə qarşılaşırıq. Amma bizə göstərilən sevgi, aldığımız təşəkkür dolu rəylər hamımızı sevindirir".pia.az