“Facebook”da iş elanları dərc etmək mümkün oldu

“Facebook” sosial şəbəkəsində yeni vakansiyalar yerləşdirmək və axtarmaq imkanı meydana çıxıb
Lent.az-ın www.belta.by saytına istinadən məlumatına görə, istifadəçilər və müxtəlif şirkətlər öz səhifələrində “Vakansiyalar” adlı xüsusi bölmədə iş elanları yerləşdirə bilərlər. Yeni funksiyanın köməyi ilə istifadəçilər onları maraqlandıran vakansiyanı daha rahat tapa biləcəklər. Elanlar istifadəçilərin xəbər lentində meydana çıxacaq. Elana daxil olduqda, istifadəçinin şəxsi məlumatları olan pəncərə “Facebook” səhifəsində üzə çıxacaq ki, onu potensial işəgötürənə göndərmədən öncə redaktə etmək mümkün olacaq. Yeni funksiya hələ ki, yalnız Amerika və Kanadadan olan istifadəçilər üçün əlçatandır.pia.az