İkinci görüşə gəlmədiyi üçün birinci görüşdə çıxan xərcini tələb etdi

London sakini olan bir qadının başına əcaib hadisə gəlib
Bir nəfər kişi ilə ilk dəfə görüşə çıxan 38 yaşlı Lusi Braun ikinci görüş təklifini rədd etdiyi üçün ondan birinci görüşdə çəkilən xərci geri qaytarmağı tələb ediblər. Bu barədə lenta.ru saytı “Metro”ya istinadən yazıb. Cütlük şəhərin tanışlıq üçün fəaliyyət göstərən pablarından birində görüşüblər. İxtisasca dizayner olan qadın birinci görüşdən sonra ikincidən imtina edib. Buna cavab olaraq britaniyalı kişi ona dürüstlüyünə görə təşəkkür edib və birinci görüş zamanı pabda xərclədiyi 42.8 funt sterlinqi (təxminən 53 dollar) qaytarmağı xahiş edib. Eyni zamanda kişi bildirib ki, maddi çətinliklər yaşayır və məhz Braunla görüşə bilmək üçün puluna qənaət edirdi. Mesajının sonunda isə britaniyalı kişi öz bank hesabının nömrəsini yazaraq, pulun ora köçürülməsini xahiş edib. Xəbərdə həmçinin qeyd olunub ki, Braun həmin məbləği geri qaytarıb.2016-cı ilin sentyabrında Britaniyanın Şeffild şəhər sakini Liam gecə klubunda istirahət zamanı tanımadığı qadına aldığı kokteylin pulunu iki həftə sonra o qadından tələb edib.(musavat.com)pia.az