Məktəblər qara görə bağlanacaq?

"Qarlı hava şəraiti Bakıda yerləşən məktəblərdə davamiyyətə kifayət qədər mənfi təsir edib"
PİA.AZ xəbər verir ki, bunu report-un sorğusuna cavab olaraq, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.Nazirlik rəsmisi əlavə edib ki, davamiyyət daha çox qar yağan ərazilərdə yerləşən məktəblərdə özünü büruzə verir: "Davamiyyətin aşağı düşməsinə baxmayaraq, məktəblərin bağlanması nəzərdə tutulmur".pia.az