“Recep İvedik -5” Azərbaycanda da nümayiş olunacaq

Azərbaycanda qalmaqal yaradan Türkiyəli aktyor Şahan Gökbaharın “Recep İvedik -5” filmi Bakıda da nümayiş olunacaq
PİA.AZ xəbər verir ki, bu barədə müsavat.com-a Nizami Kino Mərkəzinin mətbuat xidməti Arzu Əhədova məlumat verib: “Film Azərbaycanda da nümayiş olunacaq və böyük ehtimalla bizim kinoteatrda da təqdimatı baş tutacaq. Lakin təqdimatın dəqiq vaxtı hələ ki, dəqiqləşdirilməyib”.“Park Cinema”da isə “Recep İvedik -5” martın 16-dan nümayiş ediləcək. Bu barədə qurumun piar-meneceri Kəmalə İsmayılova axsam.az saytına verdiyi açıqlamada bildirib: “Nümayişi üçün heç bir problem yoxdur. Söz-söhbətə səbəb olan səhnələr çıxarıldığı üçün düşünürük ki, problem də aradan qaldırılıb”.Xatırladaq ki, "Recep İvedik 5" filminin treylerində Recep İvedik rinqə çıxdığı azərbaycanlı boksçunu bir yumruğu ilə yerə sərmişdi. Sözügedən səhnə hər iki ölkədə birmənalı qarşılanmamışdı. Ekran işinə ilk etiraz edən Giresun Universitetinin Azərbaycan kökənli professoru Aygün Attar olmuşdu. O, boks səhnəsində azərbaycanlının təhqir olunduğunu və iki qardaş ölkənin münasibətlərinə ciddi ziyan vurduğunu bildirmişdi.Etirazlardan sonra həmin səhnə filmdən çıxarıldı. Qeyd edək ki, bu günlərdə Türkiyədə filmin qala gecəsi keçirilib.pia.az