“Əcnəbi bəydən evlilik təklifi almışam” - Xədicə

“20 ildir aparıcı kimi çalışıram. Heç vaxtda özəl həyatımla gündəmə gəlməmişəm. Adi insanam, şəxsi həyat maraq dairəmdə deyil. Hazırda həyatımda heç kim yoxdur”
Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Xədicə Sənanqızı “Klip+” verilişinə açıqlamasında deyib. Aparıcı “Eşitdik ki, əcnəbi bir bəylə ailə qurmusunuz” sözlərinə belə cavab verib: “Hazırda həyatımda heç kimin olmamasının çox səbəbi var. Sadalamağa vaxt çatmaz. Haqqımda ciddi, məni rahatsız edən şayiə yayılmayıb. Amma əcnəbi bəylə ailə qurmamışam. Düzdür, belə bir təklif var idi, amma olmadı, ailə qurmadım”.pia.az