İsrail səfirliyinin əməkdaşları Aleksandr Lapşinlə görüşüb

Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Aleksandr Lapşin bu gün vətəndaşı olduğu İsrail Dövlətinin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşüb
Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. O qeyd edib ki, görüş beynəlxalq hüquq normalarına uyğun olaraq, İsrailin Azərbaycandakı səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti əsasında baş tutub.pia.az