Göyçaylı deputat AŞPA-nın vitse-prezidenti seçildi

Ukrayna Ali Radasının millət vəkili Georgi Loqvinski Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti seçilib
PİA.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə G. Loqvinski Feysbuk hesabında yazıb."Bu, mənim üçün böyük şərəf, qürur və məsuliyyətdir. Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti vəzifəsi Ukrayna tarixində beynəlxalq parlament arenasında ən yüksək mövqedir. Qeyd etmək istəyirəm ki, bu gün bu uğur ölkənindir", - Loqvinski vurğulayıb.  Bildirilir ki, 2014-cü ildə Ukraynanı bu postda İvan Popesku, 2015-ci ildə Vladimir Aryev təmsil edib, 2016-cı ildə isə ölkədən vitse-prezident seçilməyib.Qeyd edək ki, milliyyətcə yəhudi olan Georgi Loqvinski əslən Azərbaycanın Göyçay rayonundandır.pia.az