Ramil Usubovdan yeni təyinatlar

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişiklikləri olub
Report-un xəbərinə görə, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) baş müstəntiqi polis mayoru Canəli Nuriyev Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq Bölməsinə rəis təyin edilib.Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin (PB) təhqiqatçısı polis baş leytenantı Abdulsəməd Cəfərov isə Nərimanov RPİ-nin baş müstəntiqi vəzifəsinə təyinat alıb.Polis polkovnik-leytenentı Vüqar İsmayılov Nərimanov isə RPİ-nin İstintaq Şöbəsinin rəisi təyin olunub.pia.az