Rusiya Böyük Britaniyanın ordusunu bir günə məhv edə bilər – “The Times”

Böyük Britaniyanın hərbi büdcəsinin ixtisarı Rusiya kimi hazırlıq düşmənə qarşı effektiv hərbi əməliyyatların aparılması və dəstəklənməsi imkanlarını ciddi şəkildə zəiflədib
Avropa.info xəbər verir ki, bu barədə İngiltərənin “The Times”qəzeti yazır. Məqalənin istinad edildiyi Tarixi Münaqişələrin Təhlili və Tədqiqatı Mərkəzinin hesabatında deyilir: “Risk ondadır ki, ordunun yeganə döyüş qabiliyyətli hərbi hissəsi bir gündə məhv edilə bilər. Bu komandirlərin kürəyində gəzdirdiyi ağır yükdür”.Böyük Britaniya hal-hazırda birbaşa xarici hücum təhlükəsiz altında qalmasa da, lakin başqa dövlətlərlə müharibəyə başlamaq ehtimalı qalır.“Ortaya sual çıxır: Britaniya ordusu hadisələrin belə inkişafına hazırdırmı? Sadəcə insan ehtiyatlarını və aktiv əməliyyatlarda iştirak qabiliyyəti hesaba qatsaq cavab sadə olacaq: yox. Britaniya ordusu illərlə büdcə ixtisarları yaşayaraq minimum səviyyəyədək azaltdı” – hesabatda belə deyilir.Ekspertlər hesab edir ki, krallıq hərbi əməliyyatlara yalnız 5-10 min nəfər əsgərdən ibarət briqada qoşa bilər. Hesabatda həmçinin qoşunların münaqişə zonasına tez və təhlükəsiz şəkildə atılması üçün lazım olan nəqliyyat vasitələrinin azlığı xatırladılır. Britaniya ordusu eyni zamanda kiber hücumlar qarşısında acizdir. Öz əsgərlərinə lazımi hava hücumundan müdafiə təşkil edə bilmir.pia.az