Saakaşvili Ukraynanın Gürcüstandakı səfiri ola bilər?

Ukrayna prezidenti Petr Poroşenkonun saytındakı elektron petisiyalar bölməsində Odessanın sabiq qubernatoru Mixail Saakaşvilini Ukraynanın Gürcüstandakı səfiri təyin etmək təklifi irəli sürülüb
PİA.AZ oxu.az-a istinadən xəbər verir ki, petisiya ukraynalı fəal Oleq Yermoxin tərəfindən 2017-ci ilin yanvarın 19-da yerləşdirilib."Mixail Saakaşvilinin Gürcüstandakı islahatlar sahəsində təcrübəsini, eləcə də hazırda Ukrayna vətəndaşı olduğunu nəzərə alaraq, onun Ukraynanın Gürcüstandakı səfiri vəzifəsinə təyin etməyi təklif edirəm", - petisiyanın mətnində deyilir.Dörd gün ərzində petisiyanı 115 nəfər imzalayıb.Ukrayna hakimiyyətinin petisiyanı nəzərdən keçirməsi üçün üç ay ərzində 25 min imza toplamaq lazımdır.pia.az