Tehranda yaralıların sayı 200-ə yaxınlaşır

İranın paytaxtı Tehranda çoxmərtəbəli binanın dağılması nəticəsində xəsarət alanların sayı 200-ə yaxınlaşıb
PİA.AZ Trend-ə istinadən xəbər verir ki, bunu IRNA agentliyinə müsahibəsində şəhər Xilasetmə Xidməti İdarəsinin əməkdaşı Həsən Abbasi deyib.Xilasedicinin sözlərinə görə, ümumilikdə 194 nəfər xəsarət alıb, onlardan 44-ü xəstəxanaya yerləşdirilib:"İşlər davam edir, indiyədək iki yanğınsöndürənin meyitinin şəxsiyyəti müəyyən edilib".Qeyd edək ki, yanvarın 19-da Tehranın ən köhnə göydələni olan 17 mərtəbəli binada yanğın baş vermiş və tikili dağılmışdı. Hadisə vaxtı binada çox sayda yanğınsöndürən olub. Bundan əvvəl 7 nəfərin öldüyü, 84 nəfərin xəsarət aldığı bildirilirdi.pia.az