Ərdoğan Afrika turnesinə çıxdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikanın bir sıra ölkələrinə səfərə başlayıb
"Report" xəbər verir ki, o, səfərlərinə Tanzaniyadan başlayıb. Dövlət başçısı hazırda adıçəkilən ölkədədir.Tanzaniyadan əlavə, Türkiyə lideri Mozambik və Madaqaskara da səfər edəcək. Səfər zamanı R.T.Ərdoğan bu ölkələrlə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini, eləcə də Fətullah Gülənin başçılıq etdiyi FETÖ terror təşkilatı ilə mübarizə məsələsini müzakirə edəcək.pia.az