Livanda “canlı bomba“ özünü partlatmaq istəyərkən vurulub

Livanın paytaxtı Beyrutun “Əl Hamra” küçəsində terror aktı törətməyə hazırlaşan “canlı bomba” saxlanılıb
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, həmin küçədə yerləşən “Costa Cafe” adlı bir məkana girərək, terror aktı törətmək istəyən “canlı bomba” təhlükəsizlik qüvvələri tərəfindən izlənilirmiş. O, terror törətməyə hazırlaşarkən polis tərəfindən vurulub. Məlumata görə, vurulan terrorçu ölməyib. O, yaralı halda ələ keçirilib və xəstəxanaya aparılıb. Xəstəxanada təhlükəsizlik tədbirləri artırılıb.pia.az