Sankt-Peterburqun meyvə-tərəvəz bazasında azərbaycanlı bıçaqlandı

Sankt-Peterburq polisi şəhərin Frunze rayonu ərazisində baş verən bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparır
"Report" xəbər verir ki, yanvarın 21-də rayonun Sofiyski meyvə-tərəvəz bazasında Azərbaycandan olan şəxsə ciddi bıçaq xəsarətləri yetirilib.Qan içində olan 1978-ci il təvəllüdlü azərbaycanlını yoldan keçənlər görüblər və hadisə yerinə "təcili yardım" çağırılıb.Yaralı gecə saatlarında şok vəziyyətində Canelidze adına Elmi-Tədqiqat İnstitutuna çatdırılıb. Həkimlər miqrantın baş, boyun, döş və ayaq nahiyələrində kəsik yerləri aşkar ediblər. Mütəxəssislərin fikrincə, yaralının vəziyyəti ağırdır.Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.pia.az