Madonna Trampı söydü - Canlı yayım dayandırıldı

CNN telekanalı məşhur müğənni Madonnanın ABŞ prezidenti Donald Trampın ünvanına söyüş söyməsi səbəbindən canlı yayımı dayandırmalı olub
Teleqraf.com-un xəbərinə görə, hadsiə Vaşinqtonda yarım milyon insanın qatıldığı aksiyada baş verib. Orada çıxış edən Madonna iki dəfə Trampın ünvanına ağır söyüş söyüb.Bundan sonra CNN canlı yayımı dayandırıb. Aparıcı isə baş verənlərə görə tamaşaçılardan üzr istəyib: "Biz belə hallardan uzaq durmağa çalışırıq. Bu Madonnadır, biz onun nə deyəcəyini bilmirdik".pia.az