“Bir nömrəyəm, əjdahayam...“ - Ramal

Müğənni-bəstəkar Ramal İsrafilov özünü bir nömrə adlandırıb
Axşam.az-ın məlumatına görə, ifaçı "Lider maqazin"ə açıqlamasında bildirib ki, özünə heç kimi rəqib görmür:"Çox çalışqan adamam. Yatdın, mahnı çıxarmadın, qalırsan kənarda, unudulursan. Elə insanlar var ki, bütün günü çalışırlar, amma ortada bir şey yoxdur. Mən yatıram, birdən bir mahnı çıxarıram hit olur. Mən başlasam, partlayış olacaq. Birnömrəyəm, rəqibim yoxdur. Öz istedadıma, musiqi sahəsindəki əjdahalığıma bələdəm. Birnömrəli ulduzlar arasına getsəm də, özüm birinci çıxacam. Alim Qasımov həm müəllimim, həm də ailəmizə yaxın insandır, atamın dostudur. Elə əmimi özümə rəqib seçim".  pia.az