“ABŞ-ın Suriya nizamlanmasında iştirakı vacibdir” – Çavuşoğlu

Suriyada davamlı atəşkəs və siyasi nizamlanmanın təmin edilməsi üçün ABŞ-la əməkdaşlıq zəruridir
PİA.AZ APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.“Biz Vaşinqtona müraciət edərək Astanaya nümayəndə heyəti göndərməyi xahiş etdik”, – deyə Çavuşoğlu Vaşinqtona səfəri çərçivəsində bildirib.Çavuşoğlu Vaşinqtonun Ankaranın Suriyada İŞİD-lə mübarizədə atdığı addımlarına kifayət qədər dəstək vermədiyini qeyd edib: “Amerikalılar Türkiyənin dəstəklədiyi Suriya silahlı müxalifət qüvvələrinin Türkiyə sərhədindən 20 kilometrdən çox məsafəyə irəliləyəcəyi təqdirdə “Ərəfat Qalxanı” əməliyyatına dəstək verməyəcəklərini bəyan ediblər.Onun sözlərinə görə, ABŞ hava qüvvələrinin Türkiyə ordusunun Əl-Bab ətrafında keçirdiyi əməliyyata dəstəyi simvolik xarakter daşıyır. “Terrorçularla mübarizədə biz daha geniş əməkdaşlığa hazırıq. Bu barədə ABŞ administrasiyasının nümayəndələrini məlumatlandırdıq”, – deyə nazir qeyd edib.Qeyd edək ki, Suriya nizamlanması üzrə beynəlxalq görüş Astanada yanvarın 23-də başlayacaq.İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanada səfərdədir. ABŞ Astanaya ayrıca nümayəndə heyəti göndərməyəcək, Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.pia.az