Tovuzda oğurluq faktının üstü açılıb

Tovuzda oğurluq faktının üstü açılıb
Hadisə rayonun Vahidli kəndində Nüsrət Abdullayevə məxsus mənzildə qeydə alınıb.Naməlum şəxs  mənzilə daxil olaraq oradan 1100 manat pul aparıb. Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq edən Abulbəyli kənd sakini, 32 yaşlı Zakir Aşırov saxlanılıb. Z.Aşırov götürdüyü pulun 400 manatını polisə təhvil versə də, qalan məbləğini borclarına verdiyini deyib.Fakta bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır. (APA) pia.az