Siqaretlər bahalaşdı- 10-20 qəpik

Azərbaycanda pərakəndə satışda olan tütün məmulatlarının qiyməti artıb
PİA.AZ "APA-Economics"-ə istinadən  xəbər verir ki, siqaretlərin qiymətində orta hesabla 10-20 qəpiklik artım müşahidə olunur. Satıcılar deyir ki, qiymət artımı bütün markalara şamil olunub. Onların sözlərinə görə, qiyməti 2 manatadək olan siqaretlər 10 qəpik, 2 manatdan baha olanlar isə 20 qəpik bahalaşıb.Pərakəndə satış ilə məşğul olanlar qiymət artımını tütün məmulatların nağd pulla topdan satışının qadağan olunması ilə izah edir.  pia.az