Gülənlə əlaqələndirilən şirkətlər Azərbaycandan çıxarılır – Siyahı

Yanvarın 18-də “Champion Technologies Russia & Caspian BV” şirkəti Azərbaycan filialının bağlandığını elan edib
Bu şirkət 2004-cü ildən Bakıda fəaliyyət göstərir və xüsusi reagentlərin geniş çeşidini təqdim edir, neft-qaz sənayesində yaranan texniki problemlərin həllini təmin edirdi. Şirkətin təsisçisi Texasın CS-US Holdings, Inc (ABŞ) şirkəti idi.Azərbaycanda 23 illik iş təcrübəsi olan Türkiyənin “Seha” şirkəti də bağlanıb. O, elektrik malları və elektrik avadanlığı satırdı. Şirkətin sahibi Bəhri Tupuz (https://goo.gl/7Gleqy) “Hizmet” hərəkatı ilə əməkdaşlıqda ittiham edilib.2016-cı ildə Azərbaycanda 20 illiyini qeyd edən “Nil Kitap Kirtasiye Sanayi Ltd. Sti.” şirkəti də “Hizmet” hərəkatı ilə əlaqələndirilib. O, bu gün adını dəyişib “Axent Kirtasiye” MMC-yə çevrildiyini elan edib. Şirkətin dəftərxana mallarının satışı üzrə mağazalar şəbəkəsi var.  /”Turan”pia.az