Çay evində qumarxana aşkarlandı – Saxlanılanlar var

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindəki çay evlərindən birində “poker” kart-qumar oyunları təşkil olunduğu müəyyən edilib
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Bakı şəhər sakinləri Kamil Mürsəliyevin və Samir Vəliyevin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində icarə əsasında işlətdikləri çay evində “poker” kart-qumar oyunları təşkil etmələri müəyyən edilib.Həyata keçirilən əməliyyat tədbirləri ilə ora baxış zamanı “poker” oyun kartları və pul vəsaitləri maddi sübut kimi aşkar edilərək götürülüb, K.Mürsəliyev və S.Vəliyev saxlanılıblar.(azpolitika.az)pia.az