“20 Yanvar” metro stansiyası qərənfillərə büründü

20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar bütün metro stansiyaları qərənfillərə bürünüb
 Xüsusən, metronun “20 Yanvar” stansiyasında faciəni yad etmək üçün ənənəvi olaraq qərənfillərdən müxtəlif kompozisiyalar hazırlanıb.Virtualaz.org xəbər verir ki, stansiyalarda matəm musiqisi səsləndirilir.Bu gün həmçinin saat 12:00-da bütün qatarların siqnal verəcəyi bildirilir. 27 il əvvəl şəhid olan faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.pia.az