Sabirabadda 6 otaqlı ev yandı

Sabirabadda yanğın hadisəsi qeydə alınıb
Milli.Az FHN-ə istinadən xəbər verir ki, rayonun Qasımbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli, 6 otaqlı evin 1 otağının dam örtüyü və tavanı 20 m² sahədə və mətbəxin yanar konstruksiyaları 25 m² sahədə yanıb.Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.pia.az