“Bavariya“da yeni müqavilə

Aryen Robben "Bayern Munich"lə müqaviləsinin müddətini uzadıb
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, 32 yaşlı holland 2018-ci il iyunun 30-na kimi nəzərdə tutulmuş müqaviləyə imza atıb. Robben 2009-cu ildən "Bavariya"nın şərəfini qoruyur. 8 il ərzində o, 5 dəfə Almaniya çempionu olub. 2013-cü ildə Çempionlar Liqasının finalında həlledici qolu vurmaqla komandasına bu titulu qazandırmışdı. pia.az