Senatorlar xaricdəki rus bazalarına gedir

Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin nümayəndələri ölkənin xaricdəki bir sıra hərbi bazalarına səfər edəcəklər
Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında komitə rəhbəri Viktor Ozerov söyləyib. O, komitə üzvlərinin martın 5-də İrana da yollanacağını bildirib.Qeyd edək ki, komitə üzvləri əsasən Gürcüstanın işğaldakı bölgələri Abxaziya və Cənubi Osetiyada, Ermənistanda, Tacikistanda olan rus bazalarını ziyarət edəcəklər. Senatorlar bununla bərabər Suriyadakı rus bazalarında da olacaqlar.pia.az