Özil Almaniyanın ən yaxşı oyunçusu seçildi

Almaniyada 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşib
Qol.az-ın məlumatına görə, Almaniya Futbol Federasiyasının saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, Almaniya millisinin və "Arsenal"ın yarımmüdafiəçisi ötən ilin ən yaxşı oyunçusu seçilib. O, səslərin 54.5 faizini toplayıb. "Real"ın yarımmüdafiəçisi Toni Kroos ikinci (33.9 faiz), "Köln"ün futbolçusu Yonas Hektor üçüncü (4 faiz) olub.Qeyd edək ki,bu, Özilin 6 il ərzində 5-ci mükafatı olub. pia.az