Siyasi fəal Elgiz Qəhrəmanlıya 5 il 6 ay həbs verilib

"Nida" gənclər təşkilatının üzvü Elgiz Qəhrəmanlı 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, müxbirimiz Günel Səfər bildirir
Prokuror onun 6 il azadlıqdan məhrum edilməsinin istəyirdi.2016-cı il avqustun 12-si saxlanılan Elgiz Qəhrəmanlıya qarşı cinayət məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.Onun yaxınları və vəkili fəalın sosial şəbəkələrdəki fəaliyyəti ilə əlaqədar həbs edildiyini deyir.Vəkil Nemət Kərimli fikrincə, Elgiz Qəhrəmanlı referendum zamanı Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun şərhinə yazdığı cavabına görə həbs edilib.İyul ayında çıxışında cənab Əhmədov referendumda prezidentliyə namizədlərdən tələb olunan yaş həddi minimumunun azalmasını şah İsmayıl Xətainin, Makedoniyalı İsgəndərin və Napoleonun misalları ilə əsaslandırdıqdan sonra, Elgiz Qəhrəmanlı "taleyi yox, ömrü oxşasın" cavabını yazıb (BBC).pia.az