Beynəlxalq Bankın 5 fililalına cinayət işi açıldı

Beynəlxalq Bankın 5 fililalı ilə bağlı cinayət işi başlanılıb
Bunu Azərbaycan Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında deyib.Baş prokurorun müavini qeyd edib ki, həmin filiallar Qazax, Şəki və digər filiallardır.O bildirib ki, ötən il ən çox şikayət bank sektoru ilə bağlı olub:“Banklarla bağlı 52 cinayət işi istintaq olunub, məhkəməyə göndərilib. Sığorta şirkətlərinin rəhbərləri ilə bağlı 5 cinayət işinin istintaqı aparılıb”.K. Əliyev qeyd edib ki, ötən il valyuta mübadilələsi qaydalarının pozulması iıə bağlı 2 cinayət işinin istintaqı yekunlaşıb.pia.az