Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Bakı-Qazax magistralının Hacıqabul rayonunun ərazisində keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
PİA.AZ APA-ya istinadən xəbər verir ki, "Pajero" markalı avtomobil rayonun Padar kəndi ərazisində hərəkətdə olarkən yoldan çıxaraq aşıb. İlkin məlumata görə, nəticədə bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Şirvan Xəstəxanasına yerləşdiriliblər. Faktla Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.pia.az