“Bu, Azərbaycanda sensasiya yaradacaq”

Müğənni Kərim Abbasov əməkdar artist Mətanət İsgəndərli ilə oxuduğu duetinin aqibətindən danışıb
Axşam.az-a açıqlama verən ifaçı bildirib ki, mahnı on gündən sonra dinləyicilərin ixtiyarına veriləvək.K.Abbasov duet oxuyarkən qarşı tərəfin kaprizləri ilə qarşılaşdığını da gizlətməyib: “Kaprizlər olur, amma səbr etməliyəm. Onlar bizim böyük sənətkarlarımızdır, onların kaprizinə dözməliyəm. Bu normal haldır”.Müğənni 2017-ci ildə ancaq duetlər təqdim edəcəyini söyləyib:“Yeni mahnılar var, içərisində duetlər daha çoxdur. Hətta bir il ancaq duetlər olacaq. Daha bir sənətkarla duet səsləndirəcəm. O insan heç kimlə birlikdə oxumayıb. Bu, Azərbaycanda sensasiya yaradacaq”.pia.az