Ekspet xəbərdarlıq edir: Diqqətli olsunlar

"Ərzaq məhsulları alan zaman həmin məhsulunun istifadə vaxtına diqqət yetirmək lazımdır”
Xidmət obyektlərində və eləcə də mağazalarda vergi yoxlamaları istisna olunmaqla digər yoxlamaların 2 il müddətinə qadağan edilməsi Azərbaycan Prezidenti tərəfindən iş adamlarının fəaliyyətinə böyük dəstək olsa da təəəsüf ki, sahibkarla bundan sui-istifadə etməyə çalışırlarBu haqda “İstehlakçıların maarifləndirilməsi, hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Azər Sərdarov bildirib. O deyib ki, monitorinqlər göstərir ki, son dövrlər mağazalarda vaxtı keçmiş malların sayının artması müşahidə edilir. Yoxlamaların olmamasından bəzi sahibkarlar sui-istifadə etməyə çalışırlar. Buna görə də, istehlakçılar məhsul alan zaman diqqətli olmalısı vacibdir. Ərzaq məhsulları alan zaman həmin məhsulunun istifadə vaxtına diqqət yetirmək lazımdır.  Azər Sərdarovun fikrincə, istehlakçı nəzarəti vaxtı keçmiş, köhnə malların satışının azaldılmasına gətirib çıxara bilər.pia.az