Rusiyalıların 65 faizi hakerlərdən qorxur

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin keçirdiyi sorğu göstərib ki, Rusiya əhalisinin 31%-i ən azı bir dəfə mobil rabitə və internet xidmətləri ilə bağlı qanunsuzluğun qurbanı olub
Novator.az-ın məlumatına görə, mərkəzin sorğunun nəticələrinə dair açıqlamasında deyilir ki, qanunsuzluqla üzləşənlərin 38%-i fəal internet istifadəçisi, 36%-i gənclərdir.Mobil rabitə və internet xidmətləri sahəsində qanunsuzluğa rast gəldiyini bildirənlərin 37%-i Moskva və Sankt-Peterburq şəhərlərində, 43%-i digər şəhərlərdə yaşayır.Yaşı 60-ı keçənlər (21%) və kənd sakinləri (24%) bu sayaq qanunsuzluqla daha az üzləşiblər.Sorğu 2016-cı ilin dekabr ayında Rusiyanın 46 regionunu əhatə edən 130 yaşayış məntəqəsində, 1600 respondent arasında keçirilib.Nəticələr göstərib ki, Rusiya əhalisinin 65%-i mobil rabitə və internet xidmətləri sahəsində ən çox bank kartlarından pul oğurlanmasından və fərdi məlumatlarının ələ keçirilməsindən qorxur.pia.az