Hökumətdən Dəmirtaşa cavab

HDP həmsədri Səlahəddin Dəmirdaşın konstitusiya dəyişikliklərinə dair təkliflər paketinin qəbul edilməsi üçün parlamentdə keçirilən səs vermədə iştirak tələbi rədd edilib
Axar.az xəbər verir ki, bu barədə Ədliyyə naziri Bəkir Bozdağ məlumat verib.Onun sözlərinə görə, HDP həmsədrinin səs vermədə iştirakı mümkün deyil:“Onlar siyasət işlətdiklərini düşünürlər. Ancaq parlamentdə keçirilən səs vermənin siyasi baxışlarla heç bir əlaqəsi yoxdur. Söhbət daxili nizamnamədən gedir. Orada yazılıb ki, şəxs səs vermək üçün parlamentə gəlməlidir. Bu adam isə hazırda həbsxanadadır, səs verməsi mümkün deyil. Qanunlarımız çox aydın və dəqiqdir”.pia.az