“Onu Dəniz Yılmazın mövqeyində oynadacam”

"Maraqlandığımız futbolçularla danışıqları davam etdiririk. İlk növbədə, Stankunu komandamda görmək istəyirəm"
PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Bursaspor" klubunun baş məşqçisi Hamza Hamzaoğlu deyib.Türkiyənin radiolarından birinə açıqlama verən çalışdırıcı maraqlı fikirlər səsləndirib. Hamzaoğlu "Gənclərbirliyi"nin rumıniyalı futbolçusu Boqdan Stankunu nəyin bahasına olursa-olsun, transfer etmək istədiklərini və onu Azərbaycan yığmasının da formasını geyinən Dəniz Yılmazın yerində oynatmağı düşündüyünü bildirib: "Stanku məsələsi ilə bağlı klublar arasında danışıqlar davam edir. Boqdanı ixtiyarımda görmək istəyirəm. Onu Dəniz Yılmazın mövqeyində oynatmağı düşünürəm. Çünki Dəniz o mövqedə yalnız qalır". Hamzaoğlu "Bursaspor"un ilk dövrədəki çıxışını da dəyərləndirib: "İlk dövrəni istədiyimiz yerdə bitirdik. Ciddi zədə alan futbolçularımız oldu. Buna baxmayaraq, iddiamızdan dönmədik. "Bursaspor"un çempionluğundan sonra bu klubdan həmişə yaxşı çıxış gözlənilir".pia.az