Fransanın dövlət katibi Azərbaycana gəlir

O, səfər çərçivəsində Fransa-Azərbaycan Universitetinə (UFAZ) baş çəkəcək
Fransanın inkişaf və frankofoniya üzrə dövlət katibi Jan Mari Le Quen yanvarın 10-11-də Azərbaycana səfər edəcək. Bu barədə "Report" Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.O, səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Jan Mari Le Quenin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü də planlaşdırılır.Həmçinin, Fransanın dövlət katibi 2016-cı ilin sentyabrında açılmış Fransa-Azərbaycan Universitetinə (UFAZ) baş çəkəcək.pia.az