Manat bahalaşa bilərmi?

“Hərraca dolların çıxarılması ilə manat 1-2 qəpik bahalaşa bilər”
İqtisadçı-ekspert Samir Əliyev bildirib ki, amma bu müvəqqəti xarakter daşıyacaq:“Çünki ümumi tendensiya manatın ucuzlaşmaqda davam edəcəyini göstərir. Səbəb ondadır ki, həm Azərbaycan Mərkəzi Bankının (AMB) hazırki məzənnəsi, həm də qara bazardakı qeyri-leqal məzənnə manatın real qiyməti deyil.AMB hərraca çıxarılacaq valyutanın həcmindən asılı olmayaraq, manatın yumşaq ucuzlaşmasını davam etdirməlidir. Əks halda, kəskin devalvasiya riski yüksələ bilər”, - deyə S.Əliyev deyib. (fins.az)pia.az