Bakıda keçiriləcək Olimpiya Festivalının iştirakçıları yataqxanalarda qalacaq

2019-cu ildə Bakıda keçiriləcək Avropa Yeniyetmələrinin Olimpiya Festivalının (EYOF) iştirakçıları yataqxanalarda qalacaqlar
"Report"un məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.O, hər bir ölkədə festival keçirilən zaman idmançıların yataqxana tipli məkanlarda yerləşdirildiyini deyib: "Onlar 16-18 yaşlı idmançılardır. Bizim 2019-cu ildə başqa imkanlarımız olacaq ki, həmin idmançıları rahat şəkildə yerləşdirək".Ç.Hüseynzadə dövlət planına əsasən, 2019-cu ilə qədər ali məktəblər üçün yataqxanaların tikiləcəyini, festival iştirakçılarının da ya bu yataqxanalarda, ya da hansısa düşərgələrdə yerləşdirilə biləcəyini söyləyib: "Yanvarın 26-da İsveçrədə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin iclası keçiriləcək. Orada EYOF-un Bakıda təşkilinə dair müqavilə imzalanacaq. Bundan sonra Təşkilat Komitəsi yaranacaq və o zaman idmançıları harada yerləşdiriləcəyimizi düşünəcəyik. Hazırkı Atletlər kəndi çox yüksək səviyyədədir və o yeniyetmələr üçün deyil". Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunları zamanı ölkələrin nümayəndə heyətləri Atletlər Kəndində qalıb. Həmçinin bu il baş tutacaq IV İslam Həmrəyliyi Oyunları zamanı da nümayəndə heyətləri həmin məkanda məskunlaşacaq.pia.az